“Qarabağ” San Mames də dəstəksiz qalmayacaq

20.10.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"in qonağı olacaq "Qarabağ" bu gün İspaniyaya yollanacaq.

Klubun mətbuat xidmətindən QOL.az-a verilən məlumata görə, komanda saat 18:00-da çarter reysi ilə səfərə çıxacaq.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 21-də saat 18:45-də  (Bakı vaxtı ilə 20:45) olacaq.

Bilbao təmsilçisi oyun üçün "Qarabağ"a 600 bilet ayırıb. Artıq 400-ə yaxın bilet satılıb.

Qeyd edək ki, oktyabrın 22-də Bilbadakı “Estadio de San Mamés" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью