Qarabağ Səbail matçının biletləri satışa çıxarılıb

25.02.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Səbail" oyunun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" qarşılaşması 27 mart tarixində saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

"Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA NBA: Lider məğlub oldu Elçin Məmmədov “Fənərbaxça” – “Reyncers” matçına təyinat alıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью