Qarabağ Səbail üzərində qələbə qazandı

23.11.2024

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi XIV turda "Səbail"i məğlub edib - 3:0.

47-ci dəqiqədə Olavio Juninyo fərqlənib. 66-cı dəqiqədə Aleksey Kaşuk ikinci qolu vurub. 88-ci dəqiqədə Leandro Andrade görüşdə son nöqtəni qoyub.

Lider "Qarabağ" xallarının sayını 34-ə çatdırıb. "Dənizçilər" isə 8 xalla 9-cu sıradadır.

Günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. Tura noyabrın 24-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью