“Qarabağ” “Səbail”ə “Sabah” “Sumqayıt”a qarşı

27.02.2025

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. 

Manset.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. 

Günün ilk oyununda “Qarabağ” “Səbail”i qəbul edəcək. 

Görüş saat 16:00-da başlayacaq. Komandalar arasında keçirilən ilk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Günün digər matçında isə “Sabah” “Sumqayıt”ın qonağı olacaq. Bu oyunların nəticəsində yarımfinalın iki iştirakçısı bəlli olacaq.

Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunları

27 fevral

16:00. “Qarabağ” – “Səbail”

Tofiq Bəhramov adına Respublika Stadionu

19:30. “Sumqayıt” – “Sabah”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью