Qarabağ Səbaili darmadağın etdi

23.11.2024

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi XIV turda "Səbail"i məğlub edib - 3:0.

47-ci dəqiqədə Olavio Juninyo fərqlənib. 66-cı dəqiqədə Aleksey Kaşuk ikinci qolu vurub. 88-ci dəqiqədə Leandro Andrade görüşdə son nöqtəni qoyub.

Lider "Qarabağ" xallarının sayını 34-ə çatdırıb. "Dənizçilər" isə 8 xalla 9-cu sıradadır.

Günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. Tura noyabrın 24-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью