Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. "Qarabağın" qarşıdan gələn “Atletik Bilbao” oyunu ilə onu deyə bilərəm ki, bu görüş
“Qarabağ” hazırda yüksək formada olsa da, İspaniyada onları çox aqressiv və dinamik oyun gözləyir".
Bu sözləri SİA-ya açıqlamasında mini futbol üzrə milli komandanın üzvü Təmkin Xəlilzadə deyib.
Onun sözlərinə görə, "Atletik Bilbao" öz meydanında çox güclü çıxış edən komandadır.
Onlar yüksək pressinq tətbiq edir, cinahlardan çoxlu hücumlar qururlar və fiziki baxımdan rəqibə təzyiq göstərməyi sevirlər.
Qarabağ isə bu cür oyuna qarşı ağıllı və səbirli taktika seçməlidir: "Məncə, Qurban Qurbanov komandanı daha çox müdafiədən sürətli əks-hücumlara hesablanmış oyun planı ilə meydana çıxaracaq.
“Qarabağ”ın əsas üstünlüyü komanda nizam-intizamı və topa nəzarət bacarığıdır “Qarabağ" o qədər sistemli oynayır ki, bəzən rəqiblər onların tempinə uyğunlaşa bilmir.
Əsas məsələ erkən qol buraxmamaq və Bilbaonun cinah oyunçularına boşluq verməməkdir.