Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qarabağ"ın sabiq futbolçusu Miçel ölkəsinin mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Atletik"lə matçında öncə sabiqq komandası haqda danıışıb.
Miçel "Qarabağ"ın onun üçün dəyərli klub olduğunu bildirib: "Qarabağ"da beş möhtəşəm il keçirdim.
Klub, Bakı və Azərbaycan mənim üçün ikinci ev kimidir. "Qarabağ" çox gözəl bir klubdur, orada çox zəhmətkeş insanları var.
Bu klub həqiqətən dəyərlidir. Ora haqda heç vaxt pis söz deyə bilmərəm.
Ölkə, xüsusilə də Bakı, çox inkişaf edir və orada çox maraqlı işlər görülür.
Komanda çox inkişaf edib və çox yaxşı transferlər həyata keçiriblər.