Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır. Futbol üzrə Misli Premyer Liqasında XXX tura start verilib.
"Unikal" xəbər verir ki, açılış oyununda “Qarabağ” “ASCO Arena”da autsayder “Səbail”in qonağı olub.
Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində qolları 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52, 65-ci dəqiqələrdə isə Leandro Andrade vurublar.
Meydan sahiblərindən isə 72-ci dəqiqədə David Qomis fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 73-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir.
“Səbail” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb. Qeyd edək ki, tura aprelin 13-də yekun vurulacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.