“Qarabağ” səfərdə xal itirdi KONKRET

07.12.2024

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilib.

KONKRET.az xəbər verir ki, Turun mərkəzi oyununda “Sabah” “Qarabağ”la üz-üzə gəlib.

Matçda hesabı meydan sahibləri açıblar. 49-cu dəqiqədə Neqoş Kupusoviç fərqlənib.

Lakin “bayquşlar” üstünlüyünü qoruya bilməyiblər. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib.

Ağdamlılar səfərdən bir xalla dönməyi bacarıblar – 1:1.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью