“Qarabağ” səfəri ingilislər üçün rekordla yadda qalacaq

31.01.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “sağsağanlar”ın Bakıya səfəri rekordla əlamətdar olacaq. Belə ki, “Nyukasl”ın “Qarabağ”la birinci görüşü İngiltərə komandalarının avrokuboklardakı ən uzaq məsafəli səfər oyunu kimi tarixə düşəcək.

Premyer Liqa təmsilçisi Bakıdakı oyun üçün 2.529 mil (4 min 69 km) məsafə qət edəcək.

Komandalar arasındakı ilk oyun fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Cavab görüşü fevralın 24-də İngiltərədə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью