Qarabağ şəhidinin qardaşı Ukraynada HƏLAK OLDU FOTO

23.11.2024

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynada gedən müharibədə daha bir azərbaycanlı həlak olub.

Modern.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən Haşimi Zabit Yadulla oğlu Donetsk vilayətində gedən döyüşlərdə həyatını itirib.

O, Rusiyanın Rostov vilayətində dəfn olunub. Zabit Haşimi 1987-ci ildən Rusiyada yaşayıb.

Qeyd edək ki, mərhumun qardaşı Natiq Haşimi 1-ci Qarabağ müharibəsində Əsgəranın Naxcıvanik kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью