futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Seneqallı hücumçu İbrahima Vadji “Qarabağ”a qayıda bilər.
Futbolpress.az xəbər verir ki, Fransanın “Sent-Etyen” klubunda çıxış edən 30 yaşlı hücumçu iyunun sonunda komandanı tərk edəcək. Bu barədə “africasoccer.com” saytı məlumat yayıb. Vadji klubla müddəti başa çatacaq müqaviləni uzatmayacaq.
Xəbərdə “Qarabağ”ın Vadjini qaytarmaq üçün hərəkətə başladığı bildirilib. Seneqallı futbolçu “Sent-Etyen” formasıyla bu mövsüm Liqa 1-də 10 oyuna çıxıb və fərqlənə bilməyib.
Forvard 2021/22 mövsümündə “Qarabağ”da çıxış edib. O, “atlılar”la 36 oyunda 20 qol vurub.