Qarabağ separatçılığına yox! Paşinyan bəyanat verdi

16.04.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda Qarabağ hərəkatının davam etməyəcəyini bəyan edib.
Paşinyan bu bəyanatı aprelin 16-da jurnalistlərlə söhbətində verib. Jurnalistin Ermənistanın eks-prezidenti Serj Sarkisyanın və müxalifətin "Qarabağ səhifəsinin bağlanmasığı və bu məsələnin siyasi gündəliyə qaytarılması" bəyanatları ilə bağlı sualının cavabında Paşinyan deyib: "Mən bu bəyanatlara hələ onlar açıqlanmamışkən cavab vermişəm və demişəm ki, Ermənistanda Qarabağ hərəkatı davam etdirilməyəcək".
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью