Qarabağ Sərhədçi ni müasirləşdirdi

03.04.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uzunmüddətli icarə əsasında "Qarabağ"ın akademiyasının istifadəsində olan "Sərhədçi" İdman Mərkəzinin futbol meydançasının işıqlandırma sistemi klub tərəfindən müasirləşdirilib. 

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ənənəvi halogen əsaslı projektor lampalar tamamilə LED texnologiyası ilə əvəz olunub.

Bu dəyişikliklə klub yaşıl enerji istifadəsini təşviq etməklə həm qənaətə nail olub, həm də ətraf mühitə zərəri azaldıb. Əvvəlki sistemdə hər projektor orta hesabla 1000 vatt enerji sərf edirdisə, LED lampalar bu göstəricini 300–400 vatt civarına endirib. Bu isə hər istifadə zamanı təxminən 60 faizə qədər enerji qənaəti deməkdir.

Sözügedən addım ildə 2 tona yaxın CO₂ emissiyasının qarşısı almağa imkan verəcək (1 kWh enerji üçün orta hesabla 0.283 kg CO₂ nəzərə alınsa).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью