“Qarabağ” sevgisi okeanı aşdı... Foto

07.06.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Qarabağ”ın braziliyalı futbolçusu Mateus Silva sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, sağ cinah müdafiəçi Braziliyada çəkilmiş fotonu izləyiciləri ilə bölüşüb.

“Mükəmməl işinə və səmimi dostluğuna görə təşəkkür edirəm. Hər kəs arxasında sənin qoyduğun qədər gözəl iz buraxa bilmir. Allah səni qorusun və xeyir-dua versin, dostum!”, - o yazıb.

Paylaşımda maraq doğuran əsas məqam isə fotonun fonunda “Qarabağ”ın loqosunun yer alması olub. Braziliyada çəkilən şəkildə Ağdam təmsilçisinin loqosunun görünməsi diqqətdən yayınmayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью