Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ” FK Qadın və Uşaq Sığınacağında “Qarabağ” - “Ayaks”(2:4 ) matçını tək izləyən azyaşlı ilə görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacaq məlumat yayıb.
“O qədər sevinirik ki... Əkbər balamız “Qarabağ” FK ilə görüşəcək”, paylaşımda deyilir.
Qeyd edilib ki, klubdan zəng edərək, azyaşlı ilə tezliklə görüşəcəklərini bildiriblər.
Bundan başqa, izləyicilər balaca Əkbərə sevimli klubunun formasını hədiyyə ediblər.