Qarabağ Şkendiya oyununa 4 saat qalmış neçə bilet satılıb? SON DURUM

12.08.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

"Qarabağ" ilə Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çox az vaxt qalır. 

Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, artıq 25000 bilet alınıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə "köhlən atlar" rəqibi bir cavabsız qolla üstələyib.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью