Qarabağ Şkendiya oyununda hesab açıldı YENİLƏNİR

12.08.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk qol vurulub.

"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabı açıblar.

20:00

XXX

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) matçı start götürüb.

"Unikal" xəbər verir ki, cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü niderlandlı referi Danni Makkeli idarə edir. Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью