Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.
Matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, ilk görüşdə Qurban Qurbanovun komandası 1:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu 12 avqust
20:00. “Qarabağ” – “Şkendiya” Baş hakim: Danni Makkelie (Niderland). Tofiq Bəhramov adına Respublika Stadionu.