Qarabağ Sofiyada sınaq qarşısında

30.07.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Fanat.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" Bolqarıstanda "ÇSKA Sofiya" ilə qarşılaşacaq.

Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bakıda keçirilən ilk görüşdə qalib müəyyənləşmədiyi (0:0) üçün məhz bugünkü görüşdə üstün olan tərəf mərhələ adlayacaq.

Xatırladaq ki, bu cütün qalibi Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) - "Makkabi Təl-Əviv" (İsrail) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Avropa Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul

22.00. ÇSKA Sofiya (Bolqarəstan) - Qarabağ
Hakimlər: Brem Van Drisse, Mişel Sildreyers, İv de Neve, Bert Put (hamısı Belçika).
Sofiya. Vasil Levski stadionu.
(ilk oyun - 0:0).

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью