Qarabağ Sumqayıt a qarşı

29.11.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının 13-cü tururna Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son matçında "Qarabağ" "Sumqayıt"la qarşılaşır.

Çempionluq uğrunda mübarizə aparan "Qarabağ" artıq ardıcıl 5 oyundur qələbə qazana bilmir. Ağdam təmsilçisi sonuncu dəfə səfərdə "İmişli" üzərində qalibiyyətə sevinib. Qurban Qurbanovun komandası ilk pillədə qərarlaşan "Neftçi"dən (30) artıq 10 xal geri qalır. Bu isə "qızıl"ı hədəfləyən kollektiv üçün ciddi siqnaldır. Düzdür, ağdamlıların ehtiyatda hələ bir oyunu var. Ancaq istənilən halda qarşısına çempion olmaq məqsədi qoyan komanda "qara zolaq"dan çıxmalıdır. Əks halda zirvə əlçatmaz olacaq.

"Sumqayıt"ın da vəziyyəti ürəkaçan deyil. "Kimyaçılar" çempionatda sonuncu qələbəsini oktyabrın 16-da evdə "Araz-Naxçıvan" üzərində (2:1) qazanıb. Bundan sonra keçirdiyi 4 matçda 2 heç-heçə edib və 2 dəfə uduzub. Qonaqlar hazırda turnir cədvəlində 10-cu yerdədir.

Qeyd edək ki, Misli Premyer Liqasında 14-cü tura dekabrın 4-də start veriləcək.

Misli Premyer Liqası

II dövrə, XIII tur

17:00. "Qarabağ" - "Sumqayıt" 

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Suraxanı. "Azersun Arena".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью