Qarabağ Sumqayıt ın qonağıdır

31.08.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının üçüncü oyun həftəsinə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası doğma "divarlar arasında" "Qarabağ"ı qonaq edir.

Hər iki kollektiv cari mövsümdə bir oyuna çıxıb. "Kimyaçılar" ilk turda azarkeşlərinin gözü qarşısında "Neftçi"yə məğlub olubsa, ağdamlılar "Şamaxı"nı məyus (3:1) edib. Ötən həftə isə "Sumqayıt"ın "Sabah"la, "Qarabağ"ın isə "Kəpəz"lə matçı təxirə salınıb. Çətin də olsa meydan sahibləri bu görüşdə mövsümdə ilk xalını və xallarını qazanmağa çalışacaq. Avrokuboklarda mübarizəni dayandıran Qurban Qurbanovun komandası isə ardıcıl ikinci qarşılaşmanı 3 xalla başa vurmağı planlaşdırır.

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 20:15-də səslənəcək.

Misli Premyer Liqası

I dövrə, III tur

20:15. "Sumqayıt" - "Qarabağ"

Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov 
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sumqayıt. "SOCAR Polymer Arena" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью