“Qarabağ” “Sumqayıt” matçına doğru: zədəli futbolçular var

04.05.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XXXIII turunda “Qarabağ” evdə “Sumqayıt”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu görüşə bir itki ilə çıxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev meydana çıxa bilməyəcək.

“Sumqayıt”da isə 3 oyunçu bu matçda komandasına kömək edə bilmir. İsa Suliman, Elvin Bədəlov və  Sertan Taşkın zədəli olduqları üçün bu oyunu buraxacaqlar.

İki komandanın heyətində də cəzalı futbolçu yoxdur.

“Qarabağ” – “Sumqayıt” qarşılaşması bu gün saat 20:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью