“Qarabağ” “Sumqayıt”a 5 cavabsız qolla qalib gəldi Yeni Çağ Media

16.12.2024

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” Misli Premyer Liqasında “Sumqayıt”a böyük hesabla qalib gəlib.

Yenicag.az xəbər verir ki, XVII turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Matç “köhlən atlar”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı (7, 33), Nəriman Axundzadə (45+1), Redon Coca (75) və Toral Bayramov (90+1) fərqlənib.

Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 41 xalla turnir cədvəlinin birinci sırasına yüksəlib. “Gənclik şəhəri” təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0, “Neftçi” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” – “Səbail” və “Zirə” – “Turan Tovuz” görüşləri isə qolsuz bitib./Report/

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью