“Qarabağ” “Sumqayıt”a, “Neftçi” “Kəpəz”ə qarşı

04.05.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında bu gün 33-cü tura iki oyunla yekun vurulacaq.

Tribunainfo.az  xəbər verir ki, əvvəlcə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

Turun son matçı “Neftçi Arena”da “Neftçi” və “Kəpəz” komandaları arasında keçiriləcək.

Azərbaycan Premyer Liqası

IV dövrə, 33-cü tur

4 may

18:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

Tofiq Bəhramov adına Respublika stadionu

20:00. “Neftçi” – “Kəpəz”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.

“Neftçi Arena”.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Zirə” evdə “Turan Tovuz”a qalib gəlib – 1:0. “Araz-Naxçıvan” – “Sabah”, “Şamaxı” – “Səbail” qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью