Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
Modern.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” doğma meydanda “Qəbələ”ni qəbul edib. Şamaxı şəhər stadionunda keçirilən görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında “Qarabağ” “Sumqayıt”la qarşılaşıb. Ağdam təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında “İmişli” “Şəfa”ya 1:3 hesabı ilə uduzub. “Neftçi” “Zirə”ni 1:0, “Turan Tovuz” “Kəpəz”i 2:1, “Sabah” isə “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib.