Qarabağ Suraxanıda 3 xal axtarışında YENİLƏNİR

29.11.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XIII turunun son qarşılaşması bu gün keçiriləcək.

Apasport.az xəbər verir ki, “Qarabağ” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

“Azersun Arena”da baş tutacaq görüş saat 17:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.

Son beş çempionat matçında qələbə qazana bilməyən Qurban Qurbanovun komandası uğursuz seriyaya son qoymağa çalışacaq. Aktivində 20 xal olan Ağdam təmsilçisi bir oyun az keçirdiyi lider “Neftçi”dən 10 xal geri qalır.

“Sumqayıt” isə Premyer Liqada dörd oyundur qələbəyə həsrətdir. Bu müddətdə iki heç-heçə edən və iki məğlubiyyət alan “kimyaçılar” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıblar.

Misli Premyer Liqası

II dövrə, XIII tur

29 noyabr

17:00. “Qarabağ” – “Sumqayıt”

Baş hakim: Kamranbəy Rəhimov

Suraxanı, “Azersun Arena”

Azər Məmmədov: “Bunu edə bilmədiyimiz üçün emosional idim” Kurban Berdıyev: “Kimin necə hazır olacağını görəcəyik” Qərb derbisində sevinən tərəf “Turan Tovuz” oldu - YENİLƏNİB Tovuzda heyətlər bəlli oldu “Neftçi” ilə oyuna özümüzə inanaraq çıxacağıq” - MÜSAHİBƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью