Qarabağ tarixində 12 ci uğur: Konfrans Liqası!

30.07.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" tarixində 12-ci dəfə avrokuboklarda əsas mərhələdə iştirak hüququnu təmin edib.

Axar.az xəbər verir ki, bu, İrlandiya "Şelburn"una qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində əldə olunan qələbələrdən sonra mümkün olub.

Rəqibinə səfərdə 3:0 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi evdə də qələbə qazanıb - 1:0. Bununla da Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Qarabağ"ın ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirak edəcəyi müəyyənləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью