“Qarabağ” tarixinin 5 cisi oldu

12.05.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Qarabağ”ın kapitanı Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, təcrübəli müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXXIV turunun “Araz-Naxçıvan”la görüşündə (2:0) gerçəkləşib.

2012-ci ildən komandamızın formasını daşıyan Bədavi bu müddətdə 4 qola sevinib. O, Azərbaycan çempionatları tarixində eyni klubda 250 və daha çox matç keçirən 6-cı oyunçudur.

Onlardan beşi komandamızda buna nail olub. Maksim Medvedev 376, Qara Qarayev 305, Aslan Kərimov  268, Riçard Almeyda 254 oyuna çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью