“Qarabağ” taxtını əldən verdi | Icma.az
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Futbol üzrə Misli Premyer Liqasında XIV tura start verilib.
Milli..Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin autsayderi "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edib.
Tovuz şəhər stadionunda reallaşan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 25-ci dəqiqədə Felipe Santos, 86-cı dəqiqədə Benni vurub.
Bu qələbədən sonra xallarını 33-ə çatdıran "Araz-Naxçıvan" "Qarabağ"ı qabaqlayaraq liderliyə yüksəlib.
Gəncə klubu isə 7 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Qeyd edək ki, XIV turun digər qarşılaşmaları noyabrın 23-24-də təşkil olunacaq.
Milli.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu