“Qarabağ” təkcə rəqibə qarşı yox, həm də hakimliyə qarşı mübarizə apardı” Arif Əsədovun ə AÇIQLAMASI

22.01.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdamın “Qarabağ” klubunun Frankfurt “Ayntraxt”ı üzərində qazandığı möhtəşəm qələbə həm azarkeşlər, həm də mütəxəssislər arasında böyük həyəcan və müzakirələrə səbəb olub.

Oyun haqqında təəssüratlarını İdman.Biz-lə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov bölüşüb.

“Demək olar ki, söz tapa bilmirəm, yalnız emosiyalar var! Bu, təkcə “Qarabağ”ın növbəti tarixi qələbəsi deyil. Bu oyunda komanda təkcə rəqibə qarşı yox, həm də hakimliyə qarşı mübarizə apardı və hər ikisini məğlub etdi! Bu, klubun gücünün göstəricisidir. Komanda açıq şəkildə rəqib qarşısında geri çəkilmədi” - deyə A.Əsədov qeyd edib.

Təcrübəli mütəxəssis əlavə edib ki, qazanılan vacib üç xala görə baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunun əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır.

“Oyunun gedişinə vaxtında müdaxilə, oyunun düzgün idarə olunması və yerində edilən əvəzetmələr bu uğura və ədalətin zəfərinə töhfə verdi”, – deyə Arif Əsədov bildirib.

Vüqar Vüqarlı

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью