Qarabağ təlim məşq toplanışı üçün Avstriyaya yollanacaq

05.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışında olacaq.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırlıq prosesi iki mərhələdən ibarət olacaq:

"İyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcəyik. İyulun 16-dək isə yeni mövsümə Avstriyada hazırlaşacağıq. Yoxlama oyunlarındakı rəqiblər hələlik tam dəqiqləşməyib".

Qeyd edək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi iyunun 18-də müəyyənləşəcək. Bu raundun ilk matçları 22-23 iyul, cavab qarşılaşmaları 29-30 iyulda gerçəkləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью