Qarabağ: Təşəkkürlər, Olavio Juninyo! İdman və Biz

15.01.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

İdman.biz xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yayından Ağdam klubunun formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, komandamızla ölkə çempionu və kubokunun qalibi olub.

"Qarabağ" Olavio Juninyoya təşəkkür edb: "Klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Olavio!"

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью