“Qarabağ” “Turan Tovuz”: statistika nə deyir?

04.05.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az-ın məlumatına görə, cari mövsümdə komandlar arasında baş tutan iki oyunu da “Qarabağ” qazanıb. “atlılar” 1:0 və 2:1 hesablı qələbəyə sevinib. Ümumiyyətlə, tərəflərin son 5 duelində üstünlük “Qarabağ”dadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu görüşlərdə 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə də uduzub. Tovuz klubu sonuncu dəfə 2025-ci ilin yanvarında “Qarabağ”a qalib gəlib – 2:1.

“Qarabağ” liqada 59 xalla ikinci sıradadır. “Turan Tovuz” isə 56 xalla üçüncü pillədə qərarlaşıb. “Atlılar” son 5 çempionat oyununda 2 qələbə qazanıb, 2 dəfə uduzub, 1 heç-heçə edib.

“Turan Tovuz” isə 5 matçdır, məğlub olmur. Kurben Berdıyevin yetirmələri bu görüşlərdə 3 heç-heçə edib, 2 dəfə qələbə qazanıb.

“Turan Tovuz” bu mövsüm səfər oyunlarında ən yaxşı nəticə göstərən üçüncü komandadır. Qərb təmsilçisi qonaq olduğu 15 matçda 8 qələbə qazanıb, 2 dəfə uduzub. “Qarabağ” isə ev oyunlarındakı nəticələrə görə çempionatda ən yaxşı ikinci kollektivdir. Qurbanovun tələbələri 15 ev matçında 9 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

“Qarabağ” ilə “Turan Tovuz” arasında birincilərin ev sahibi olduğu son beş dueldə də üstünlük “atlılar”dadır – 3 qələbə, 2 məğlubiyyət.

Oyunöncəsi statistikaya baxsaq, rəqəmlərin “Qarabağ”ın xeyrinədir. Lakin “Turan Tovuz” bu gün qələbə qazanacağı halda, xallar bərabərləşəcək və gümüş medallar uğrunda mübarizə son tura qədər davam edəcək. “Qarabağ”ın qələbəsi isə demək olar, intriqanı bitirəcək.

Bu gün, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 19:30-da start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью