“Qarabağ” “Turan Tovuz” üzərində minimal hesablı qələbə qazanıb

01.02.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


“Qarabağ” Premyer Liqanın növbəti turunda “Turan Tovuz” üzərində minimal hesablı qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş ağdamlıların 1:0 üstünlüyü ilə başa çatıb. Matçın taleyini 41-ci dəqiqədə Abdullah Zubirin vurduğu qol həll edib.
Bu qələbədən sonra xallarının sayını 39-a yüksəldən “Qarabağ” turnir cədvəlində ikinci pillədə möhkəmlənib. Bir oyunu ehtiyatda qalan “Turan Tovuz” isə 30 xalla üçüncü sırada yer alır.
Turun ilk qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ı 4:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, əvvəlki oyun günlərində “Sumqayıt” “Karvan-Yevlax”a 2:0, “Qəbələ” “İmişli”yə 3:2, “Şamaxı” “Kəpəz”ə 2:0, “Sabah” isə “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью