“Qarabağ” “Turan Tovuz”la ÜZ ÜZƏ

17.10.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Misli Premyer Liqasında VIII turun ikinci oyunu “Qarabağ” “Turan Tovuz” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 19:00-da start götürəcək oyunu Elçin Məsiyev idarə edəcək.

Tovuz klubu 15 xalla çempionatın lideridir. Rəqiblərindən bir görüş az keçirən Ağdam təmsilçisi 13 xalla üçüncüdür.

Misli Premyer Liqası
I dövrə, VIII tur
17 oktyabr

19:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Azərsun Arena”

Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью