“Qarabağ” türkiyəli məşhur hücumçu ilə maraqlanır?

24.12.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

"Qarabağ" transfer çalışmalarına indidən başlayıb.
Bizim.Media xəbər verir ki, "Köhlən atlar" hücumçu və mərkəz müdafiəçisi axtarışındadır.
Menecerlər Ağdam təmsilçisinə müxtəlif futbolçular təklif ediblər. Bunlardan biri türkiyəli Cenk Tosundur. "Qarabağ" oyunçunun yaşını əsas gətirərək "Fənərbağça"nın üzvündən imtina edib.
Qeyd edək ki, Cenk Tosun karyerası ərzində "Ayntraxt", "Beşiktaş", "Qaziantepspor", "Everton", "Kristal Palas" kimi klublarda da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью