“Qarabağ” turnir cədvəlində neçəncidir? | Icma.az
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır. UEFA Avropa Liqasında Liqa mərhələsinin 4-cü turu yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" hazırda 36 komanda arasında 29-cu pillədə yer alıb.
“Köhlən atlılar” ardıcıl 3 məğlubiyyətdən sonra səfərdə Norveçin "Budo Qlimt" klubu üzərində 2:1 hesablı qələbə qazanıblar.
Ağdam klubu bu qalibiyyət sayəsində aktivinə 3 xal yazdırıb.
”Qarabağ"la yanaşı, 27 və 28-ci pillələrdə qərarlaşan “Tvente” və “Malmö”nün də 3 xalı var.
Qeyd edək ki, turnir cədvəlində 12 xalı olan "Latsio" birinci, xalı olmayan Kiyev “Dinamo”su isə sonuncudu.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu