“Qarabağ” turun son oyununda “Zirə”yə qalib gəldi

10.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Misli Premyer Liqasında XIII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, günün son oyununda “Qarabağ” “Zirə” ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki matçlarında “Neftçi” “Şamaxı” ilə (2:2), “Səbail” “Turan Tovuz”la (1:1), “Sabah” isə “Kəpəz”lə (2:2) heç-heçə edib, “Araz-Naxçıvan” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.
Turnir cədvəlinə 31 xalla “Qarabağ” başçılıq edir. “Araz-Naxçıvan” 27 xalla 2-ci, 26 xala malik “Turan Tovuz” isə 3-cü pillədə qərarlaşıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью