Qarabağ turun son oyununda Zirəyə qalib gəlib Xəbər saytı Son xəbərlər və Hadisələr

10.11.2024

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında XIII tura yekun vurulub.

BAKU.WS xəbər verir ki, günün son oyununda "Qarabağ" "Zirə" ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki matçlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" "Turan Tovuz"la (1:1), "Sabah" isə "Kəpəz"lə (2:2) heç-heçə edib, "Araz-Naxçıvan" isə "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib.

Turnir cədvəlinə 31 xalla "Qarabağ" başçılıq edir. "Araz-Naxçıvan" 27 xalla 2-ci, 26 xala malik "Turan Tovuz" isə 3-cü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью