Qarabağ Tvente ilə ilk oyunda qalib gəldi

11.07.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunundan birini keçirib.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" klubu ilə üz-üzə gəlib.

İlk görüş "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində qolları Abdullah Zubir (dubl) və Leandro Andrade vurub.

İkinci matç isə 19:15-də başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Metallist 1925" (Xarkov) klubuna uduzub - 4:5. "Qarabağ" Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.

İyulun 15-də toplanışın son matçında isə "Qarabağ"ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.  

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

Bizi İnstaqramda izləmək üçün keçid et

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью