futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Komandalar arasındakı ilk matçda “Dinamo” minimal hesabla qələbə qazanıb – 1:0.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
13 avqust
20:00 Qarabağ – Dinamo (Kiyev, Ukrayna)
İlk oyun 0:1