“Qarabağ” üçün fürsət oyunu

19.12.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyun keçiriləcək.

Lider “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. “Atlılar” ötən turda “Sumqayıt”ı beş cavabsız qolla məğlub edərək birinci pilləyə yüksəlib. Qurban Qurbanovun yetirmələri bu görüşdə qazanılacaq qələbə sayəsində ikinci pillədəki “Araz-Naxçıvan”la fərqi 5 xala yüksəldəcək. Qələbə həm də “Qarabağ”ı I dövrənin çempionu edəcək.

“Şamaxı”da isə işlər qaydasında getmir. Komanda çempionatda son 5 oyunda 2 heç-heçə edib, 3 dəfə uduzub. Ayxan Abbasovun kollektivində əsas problem heyətlə bağlıdır. Bir müddət əvvəl müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariyanı göndərən “şirlər”də üstünlük gənclərə verilməkdədir. Hər bir halda, elitada qalmaq üçün qazanılacaq hər xal önəmlidir. “Şamaxı” autsayder “Səbail”dən 5 xal öndədir və qismən rahatlıq var. “Qarabağ”la oyunda qazanılacaq xal və ya xallar bölgə klubunun durumunu nisbətən də yaxşılaşdıracaq.

Komandalar arasındakı son oyunda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. “Şamaxı” ümumiyyətlə 20 oyundur, “atlılar”a qalib gələ bilmir.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” Şamaxı səfərində – YENİLƏNİR

19 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Bədəlov: “Başqa yolumuz yoxdur və ancaq qələbə qazanmalıyıq”

18 Dekabr 2024, 14:00

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Tanınmış klub “Qarabağ”ın hücumçusu ilə maraqlanır

17 Dekabr 2024, 17:51

Əsas xəbərlər, Ölkə futbolu “Şamaxı”nın qış planı məlum oldu

17 Dekabr 2024, 13:26

Əsas xəbərlər, Premyer liqa “Qarabağ” 900-ə çatdı

17 Dekabr 2024, 10:17

Əsas xəbərlər, Manşet, Premyer liqa Qış fasiləsinə bir tur qala

17 Dekabr 2024, 8:23

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью