“Qarabağ” üçün köhnə tanış

14.09.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çempionlar Liqasının Liqa mərhələsinin I turunda keçiriləcək “Benfika” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü belçikalı Erik Lambrexts idarə edəcək. Referi daha əvvəl 3 dəfə Azərbaycan çempionunun oyununa təyinat alıb.

O, 2021-ci ildə Konfrans Liqasının qrup mərhələsində “Qarabağ” – “Bazel” (İsveçrə) (0:0), 2022-ci ildə Avropa Liqasının qrup mərhələsində “Frayburq” (Almaniya) – “Qarabağ” (2:1) və 2023-cü ildə Avropa Liqasında Bakıda keçirilən “Qarabağ” – “Molde” (1:0) oyununda baş hakim olub.

Lambrexts eyni zamanda bir dəfə də Azərbaycan millisinin oyununu idarə edib. Referi 2021-ci ildə Dünya çempionatının seçmə mərhələsinin Serbiya – Azərbaycan (2:1) görüşündə baş hakimlik edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью