“Qarabağ” üçün liderlik oyunu

17.10.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” bu gün Premyer Liqanın VIII turunda “Turan Tovuz”la qarşılaşacaq. “Azersun Arena”da baş tutacaq oyuna saat 19:00-da start veriləcək.

“Turan Tovuz” 7 turdan sonra 15 xalla birinci sıradadır. Komanda bu görüşlərdə 5 qələbə qazanıb, 2 dəfə uduzub. Tovuzlular son 5 rəsmi görüşdə 1 dəfə məğlub olub.

“Qarabağ” isə 13 xalla 3-cü sıradadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin ehtiyatda “Sabah”la bir oyunu var. “Atlılar” 7 turda qələbə qazanıb, 1 dəfə heç-heçə edib, 1 dəfə uduzub. Komanda son 5 görüşün 4-də qalib gəlib, 1-də “sülh”ə razılaşıb.

Komandalar arasındakı son 5 matçda da ümumi bərabərlik var. Tərəflər hərəyə 2 qələbə qazanıb. Bir görüş heç-heçə başa çatıb. Ötən mövsüm komandaların sonuncu duelində “Qarabağ” qələbəyə sevinib – 4:1.

“Qarabağ” bu gün qələbə qazanacağı halda, azı bir günlük liderliyə yüksələcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью