Qarabağ üçün mühüm şans

19.12.2024

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasında 3-cü turda təxirə düşən bir oyun baş tutacaq.

News24.az xəbər verir ki, bu görüş "Qarabağ" üçün çox əhəmiyyətlidir.

Səfərdə "Şamaxı" üzərində qalibiyyət komandanı turnir cədvəlində liderliyini daha da möhkəmləndirə bilər.

Qeyd edək ki, hazırda "Qarabağ" 16 oyundan sonra turnir cədvəlində 41 xalla liderdir.

Misli Premyer Liqası

III turdan təxirə salınan oyun

19 dekabr (cümə axşamı)

14:00. “Şamaxı” – “Qarabağ”

Baş hakim: Rəşad Əhmədov

Şamaxı şəhər stadionu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью