“Qarabağ” üçün seminar

29.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın akademiyasının komandaları üçün növbəti seminar təşkil olunub.

Futbolpress.az xəbər verir ki, tədbirdə AFFA-nın Hakimlər Komitəsinin üzvü Anar Salmanov, komandaların futbolçu və məşqçi heyəti iştirak edib.

Salmanov oyun qaydaları haqda danışıb. O, videoçarxda nümayiş olunan oyun epizodlarını şərh edib.

Həmin epizodlarla bağlı müzakirələr aparılıb. Görüşdə hakimlik və oyun qaydaları ilə bağlı suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью