Qarabağ üçün SOS bu problem bu gün aradan qalxmalıdı!

02.09.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bu gün “Qarabağ” Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya göndərəcək.

"Football-plus.az" xəbər verir ki, sifariş ərizəsində əsas mərhələdə oynayacaq futbolçuların adları yer alacaq. Sifariş ərizəsi ən gec saat 23.59-dək göndərilməlidi.
Qeyd edək ki, hazırda Ağdam klubunun hücum xəttinə almaq istədiyi azı bir legioner oyunçu var. Bununla əlaqədar son ana qədər onların klubları ilə danışıqlar davam edir. Yekun razılıq əldə olunsa, bu gün transfer elan olunacaq və yeni oyunçunun adı sifariş ərizəsinə salınacaq.
Xatırladaq ki, “Qarabağ” ÇL-də ilk matçını sentyabrın 16-da Portuqaliyada “Benfika”ya qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью