Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda "Liverpul" - "Qarabağ" oyununu idarə edəcək slovakiyalı FIFA referisi İvan Krujlyak bu mövsüm ikinci dəfədir ki, təmsilçimizin oyununa təyinat alır.
Moderator.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki "Şkendiya" - "Qarabağ" qarşılaşmasında da oyunu İvan Krujlyak idarə edib.
Skopyenin "Todor Proeski" stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Bundan başqa, İvan Krujlyak 2021-ci ildə keçirilən Qətər - Azərbaycan qarşılaşmasında əsas söz sahibi olub. Həmin matç millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Təmsilçimiz hazırda 10 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.