“Qarabağ” üçün tanış slovak

26.01.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının VIII turunda keçiriləcək “Liverpul” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Slovakiyadan olan hakim İvan Krujliyak idarə edəcək.

Referi bu mövsümü bir dəfə də “Qarabağ”ın oyununa təyinat alıb. O, III təsnifat mərhələsində “Şkendiya” ilə səfər görüşündə söz sahibi olub. “Qarabağ” həmin görüşdə 1:0 hesablı qələbəyə sevinib.

“Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью